ÜST-dən Britaniya ştammı ilə bağlı KRİTİK AÇIQLAMAbackend

SARS CoV-2 virusunun mutasiyaya uğramış versiyası 22 Avropa ölkəsində aşkarlanıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin direktoru Hans Kluqe feysbukda yayımlanan brifinqdə bildirib.

“Bütün viruslar kimi, COVID-19 virusu da zaman keçdikcə dəyişdi. SARS CoV-2-nin təşvişə səbəb olan variantının təsirləri ilə bağlı narahatlıqları başa düşürəm. ÜST Avropa Bölgəsindəki 22 ölkədə bu yeni variantı aşkarlayıb”, – H.Kluqe deyib.

Onun sözlərinə görə, virusun səbəb olduğu xəstəlikdə əhəmiyyətli dərəcədə dəyişiklik yoxdur: “SARS CoV-2 bütün yaş kateqoriyalarında qeydiyyata alınıb. Uşaqlar yüksək risk altında deyillər”.

Qeyd edək ki, Avropa Bölgəsində 230 milyondan çox insan tamamilə təcrid olunmuş vəziyyətdə yaşayır və bir sıra digər ölkələr gələn həftədən yeni məhdudiyyətlər elan etməyə hazırlaşır.

Xatırladaq ki, mutasiya ilk dəfə Britaniyada aşkarlanıb.