ÜST-ün regional direktoru Azərbaycana gələcəkbackend

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüge Azərbaycana səfər edəcək.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu təşkilatın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.

O, ÜST-ün regional direktorunun yaxın zamanlarda bölgəyə səfərinin nəzərdə tutulduğu barədə məlumat verib.