“Üzərimizdən keçir, başımıza dəyənəklə vururdular” – Girovluqda olmuş şəxs erməni vəhşiliyindən danışır – VİDEObackend

Üzərindən 28 il keçməsinə baxmayaraq, hələ də ona verilən ağır işgəncələrdən ürək ağrısı ilə danışır. Onun ermənilərə olan nifrət hissi heç vaxt sönməyəcək…

“Yeni Gündəm”-in məlumatına görə, Kəlbəcər rayonu sakini Mikayıl Abutalıbov doğma rayonu işğal olunan zaman əmisinin ailəsinin rayonda qaldığını eşidir.

Onları xilas etmək üçün məskunlaşdıqları Bərdə rayonundan yeznəsi və bacanağı ilə birlikdə Kəlbəcərə gedir. 19 may 1993-cü ildə isə 5 nəfər erməni hərbçi tərəfindən girov götürülür.

Mikayıl Abutalıbov deyir ki, erməni hərbçiləri onunla birlikdə digər girovları da Şuşa türməsinə apardıqdan sonra burada onlara müxtəlif işgəncələr veriblər. Slavik adlı erməni onu döydükdən sonra başına bıçaqla vuraraq ağır xəsarət yetirib.

Mikayıl Abutalıbov Şuşa türməsində girovluqda saxlanılarkən həbsxanda 7-8 Azərbaycan vətəndaşının verilən işgəncələr səbəbindən qətlə yetirilməsinin də şahidi olub. Deyir ki, erməni hərbiçiləri istədikləri girovu döyürdülər, istədiklərini də öldürürdülər. Əsir və girovlara işgəncə verməklə kifayətlənməyən erməni hərbiçiləri onları Şuşa türməsinin yaxınlığında olan meşədə işlədirmişlər. Girovların arasında ağır iş rejiminə dözməyərək ölənlər də olub.

Mikayıl Abutalıbov 4 iyul 1994-cü ildə girovluqdan azad olunub. Hazırda Bərdədə yaşayan bu şəxs, hələ də ona verilən işgəncələrin acısını yaşayır.