Üzr videosunu çəkənlər saxlanıldıbackend

Tovuz rayonunda Vətən Müharibəsi şəhidlərini təhqir etdiyi deyilən şəxsi üzr istəməyə məcbur edənlər saxlanılıb.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan “Yeni Gündəm”-ə verilən məlumata görə, sosial şəbəkələrdə Tovuz rayon sakini A. İ.-nin sərxoş halda Vətən müharibəsi şəhidi barədə nalayiq ifadələr işlətdiyinə görə bir qrup şəxs tərəfindən döyülərək qəbiristanlıqda şəhid məzarlarından üzr istədilməsi haqda görüntülər yayılıb: “Məsələ ilə əlaqədar Tovuz Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılıb və hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri -Taleh Hüseynov, Sürət Məmmədov, Tural Əhmədov, Elşad Rzayev, Elnur Bayramov, Əli Hüseynzadə və Telman Nağıyev saxlanılıb”.

Hazırda RPŞ-də araşdırmalar davam etdirilir.

Qeyd edək ki, həmin görüntülərdə orta yaşlı bir kişinin təhqir edilərək diz çökdürülməsi, daha sonra üzr istədilməsi əks olunmuşdu.