Vadji debüt oyununda Fransa klubunu məğlubiyyətdən xilas etdi – VİDEObackend

“Sent-Etyen”in “Qarabağ”dan transfer etdiyi İbrahima Vadji yeni komandası ilə ilk oyununa çıxıb.

”Yeni Gündəm” xəbər verir ki, 27 yaşlı hücumçu Liqa 2-nin 7-ci turunda səfərdə “Pau” ilə oyunda debüt edib. Meydana 66-cı dəqiqədə daxil olan seneqallı oyunçu 84-cü dəqiqədə komandasına penalti qazandırıb. Lenni Pintor həmin penaltini qola çevirib və Fransa təmsilçisi məğlubiyyətdən qurtulub: 2:2.

Qeyd edək ki, hazırda turnir cədvəlində “Sent-Etyen” 4 xalla 19-cu sıradadır.

Matçın icmalını təqdim edirik:

 

!160x600_sol

!160x600_sag