Vahid Əhmədov: “Birinci Qarabağ müharibəsindəki şəhid və qazi ailələrini də nəzərə almalıyıq”backend

“Biz yalnız İkinci Qarabağ müharibəsində olan şəhid və qazi ailələrini nəzərə almamalıyıq”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, birinci Qarabağ müharibəsindən də bizim kifayət qədər şəhid və qazilərimiz olub: “Biz hələ onların ehtiyaclarını tam təmin edə bilməmişik. Birinci Qarabağ müharibəsində şəhid olanların və qazilərin ailələrindən də güzətlərlə bağlı müraciətlər alırıq. Birinci Qarabağ müharibəsindəki şəhid və qazi ailələrini də nəzərə almalıyıq”.