Vahid Əhmədov Türkiyədə xəstəxanaya yerləşdirildibackend

Milli Məclisin üzvü Vahid Əhmədov Türkiyəyə müalicəyə gedib.

“Yeni Gundem” xəbər verir ki, deputat tətil günlərindən istifadə edərək ürək əməliyyatından sonra təkrar müayinədən keçmək qərarına gəlib:

“Elə bir narahatlıq yoxdur, yaxşıyam. Hər il yoxlanılmağa gedirəm, indi də ona görə gəlmişəm. Yüngül müalicədəyəm”.

Millət vəkili fürsətdən istifadə edərək, Azərbaycan xalqına Yeni il təbriklərini də çatdırıb:

“Hamını təbrik edirəm, 2023-cü il Azərbaycan xalqı üçün çox düşərli olsun. Hər birinizə cansağlığı arzulayıram”.

Bizim.Media