Vaksin olunanların sayı açıqlandıbackend

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 154 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Yeni Gündəm”-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 143, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8, buster doza üzrə vaksinasiya olunanların sayı isə 3 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 703 142, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 098 684, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 593 286, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 011 172 təşkil edir.