“Vaksinasiya bərabərsizliyə səbəb olmamalıdır” – Sabiq prezidentbackend

“Koronavirus çətin, ağır xəstəlikdir. Nəticələri, fəsadları uzun müddət davam edir”.

“Yeni Gündəm” xəbər verir ki, bunu İsrailin sabiq Prezidenti Dalua İtzik VIII Bakı Qlobal Forumunda “Səhiyyə və əhalinin vaksinasiyası” panelində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, virusdan sağalandan sonra ağırlaşmalar da ola bilər: “İsrail bütövlükdə əhalinin böyük əksəriyyətini peyvəndləyib”.

D.İtzık bildirib ki, hələ də koronavirusa yoluxanların vəziyyəti çətinləşir: “Vaksinlər hər kəsə əlçatan olmalıdır. Bu sahədə ölkələr beynəlxalq sazişə qoşulmalıdırlar. Vaksinasiya bərabərsizliyə səbəb olmamalıdır, hər kəsə əlçatan olmalıdır”.

O, uşaqların vaksinasiyanın mühüm olduğunu vurğulayıb.