Vaksinasiya ilə bağlı son vəziyyətbackend

Azərbaycanda son sutkada koronavirus əleyhinə 68 732 vaksin vurulub.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 611, ikinci mərhələ üzrə 52 121 nəfərdir.

Vaksinasiyadan keçənlərin ümumi sayı 8 623 360, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 778 843, ikinci mərhələ üzrə isə 3 844 517 nəfər təşkil edir.