Vaksinasiya ilə bağlı statistikabackend

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 58 282 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47 690, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 592 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 991 016, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 574 157, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 416 859 təşkil edir.