Valdis Zatlers: “Azərbaycanda nüfuzlu tədbirlərin yüksək səviyyədə təşkili bu ölkənin bütün sahələrdə inkişafının göstəricisidir”backend

Azərbaycan Vətən müharibəsində şanlı Qələbə qazanıb və torpaqlarını azad etməklə istəyinə nail olub. Hazırda ən vacib məqam regionda sülhün bərqərar olmasıdır

“Yeni Gündəm” xəbər verir ki, bunu Bakıda keçirilən Qlobal Bakı Forumunun iştirakçısı, Latviyanın sabiq prezidenti Valdis Zatlers noyabrın 4-də jurnalistlərə müsahibəsində deyib.

Koronavirus pandemiyasının dünyada tüğyan etdiyi bu çətin şəraitdə Azərbaycanın bütün məhdudiyyətlərə baxmayaraq, inkişaf etdiyini və dünyanın tərəqqisinə öz töhfələrini verdiyini vurğulayan sabiq dövlət başçısı bildirib: “Ölkənizdə bir sıra nüfuzlu tədbirlərin yüksək səviyyədə təşkili iqtisadiyyatda, eləcə də bütün sahələrdə inkişafın göstəricisidir. Azərbaycan bütün dünyaya gücünü nümayiş etdirir. Ölkənizin həyata keçirdiyi qlobal tədbirlər bütün dünyaya nümunədir”.