“Valideyin Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq” İctimai Birliyi Vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirdi  – FOTOLARbackend

“Valideyin Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq” İctimai Birliyinin təşkilatçılığı ilə qazilərimizə Quba rayonuna tur təşkil edilərək görüş keçirildi.

“Yeni Gündəm”-in məlumatına görə, “Valideyin Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq” İctimai Birliyinin idarə heyyəti tərəfindən 20 nəfər qazi ilə görüş keçirilib.

Keçirlən görüşdə “Valideyin Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq” İctimai Birliyinin sədri Mehriban Hüseyinova çıxış edərək, əlil və qaziləri təbrik etdi. Əlil və Qazilərə göstərilən dövlət qayğısından söz açdı. Qarabağ zəfərində Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun fədakarlığı nəticəsində ərazi bütövlüyümüzün təmin olunduğunu, ölkəmizdə qızıl hərflərlə şanlı tarix yazıldığını vurğuladı.

Sədr “Valideyin Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq” İctimai Birliyinin fəaliyyətinə diqqət çəkərək qeyd etdi ki, ictimai birliyin fəalları 44 günlük müharibə dövründə ön cəbhədə olmuş, vətənə ləyaqətlə xidmət edən əsgər və zabitlərimizə hər cür diqqət və qayğı göstərmişlər.

M.Hüseynova birliyin gələcək fəaliyyətində də daima Şəhid ailələrinə,vətən müharibəsi əlillərinə, qazilərə diqqət və qayğının uğurla davam etdiriləcəyini xüsusi olaraq qeyd etdi.

Sonda qazilərimizə və turda iştirak edənlərə təşəkkürnamələr təqim edildi.

Tədbirdən fotoları təqdim edirik.