Van Damm Bakıda mənzillər aldıbackend

Məşhur Hollivud ulduzu, döyüş filmlərinin qəhrəmanı Jan-Klod Van Dammın Bakıda mənzil alması barədə etibarlı mənbələrdən xəbər daxil olub.

“Yeni Gündəm” xəbər verir ki, yaxın zamanlarda məşhur aktyorun oğlu Kristofer Van Varenberq (Kris Van Damm) azərbaycanlı xanımla ailə həyatı qurub. Buna görə də Jan-Klod Van Dammın Bakıda yerləşən məşhur yaşayış kompleksində oğlunun yeni ailəsi və özü üçün 2 mənzil aldığı bildirilir.

Xatırladaq ki, daha əvvəlki səfərlərində də şəhərimizi çox bəyəndiyini bildirən Hollivud ulduzu xüsusən Bakının mənzərəsini çox sevir.Oxu.az