Vaqif Aydınoğlu iş yerini dəyişdi: RƏSMİbackend

ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru, tanınmış telejurnalist Vaqif Aydınoğlu işdən çıxarılıb.

BakuPost xəbər verir ki, bununla bağlı əmr bir neçə gün əvvəl verilib.

Jurnalist özünə yeni iş yeri də tapıb. Bundan sonra o, “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin müavini kimi çalışacaq.

Vaqif Aydınoğlunun işdən çıxarılması xəbərini ATV-dən təsdiqləyiblər.