“Vaqner” muzdlu dəstəsi Yevgeni Priqojinin ölümündən 3 ay sonra yenidən əsgər yığmağa başlayıb və sosial media hesablarında “Biz qayıdırıq” yazıb.
“Yeni Gundem” xəbər verir ki, Rusiya mətbuatı muzdlu dəstənin liderinin təyyarə qəzasında həlak olan Priqojinin oğlu Pavel Priqojin olduğunu iddia edib.
Prezident Putinə və Rusiyanın yüksək rütbəli hərbi administrasiyasına qarşı uğursuz üsyanla dünyanın diqqət mərkəzinə düşən muzdlu qruplaşma “Vaqner”in yaradıcısı Yevgeni Priqojin avqustun 23-də Moskva yaxınlığında müəmmalı təyyarə qəzasında həlak olub.
Aylar keçməsinə baxmayaraq, şübhəli qəzanın üzərindəki tüstü pərdəsi hələ də qalxmayıb. Qrupun yüksək vəzifəli üzvlərinin Priqojinlə birlikdə qəzaya uğrayan təyyarədə olması Vaqneri lidersiz qoyub. Rusiya döyüşə hazır “on minlərlə təlim keçmiş əsgəri” olsa da, Vaqner qrupunu cəbhəyə qəbul etmədi və Vaqner əsgərləri Afrika və Yaxın Şərqdə iş variantlarını da dəyərləndirdilər.
ABŞ qəzadan sonra Vaqnerin hərbi gücünün tamamilə bitdiyini iddia edərkən, bu gün Rusiya mətbuatında diqqətçəkən bir xəbər çıxıb.
İki Rusiya mətbuatının xəbərinə görə, 2014-cü ildən bəri ən azı 7 ölkədə fəaliyyət göstərən və Ukrayna müharibəsi ilə dünya şöhrəti qazanan muzdlu qrup “Vaqner” təyyarə qəzasından 3 ay sonra yenidən əsgər yığmağa başlayıb.
59.ru xəbər mənbəyi daha təəccüblü bir iddia ilə çıxış edərək yazıb ki, Vaqnerə indi Yevgeni Priqojinin oğlu Pavel Priqojina rəhbərlik edir.
İddiaların gündəmə bomba kimi düşməsindən sonra Vaqner nümayəndələri işə qəbulun yenidən başladığını təsdiqləyiblər.
Vaqnerin sosial media hesablarında “Geri dönürük” başlıqlı paylaşımlarda işə götürüləcək əsgərlərdə axtarılan xüsusiyyətlər sıralanıb.
Qrup bəyan edib ki, müqavilə bağlamaq istəyən şəxslərin ölkə xaricində əməliyyatlar üçün Rusiya pasportu, ailə sənədləri və peyvənd sənədləri tələb olunacaq.
Mənbə: hurriyyət.tr
Aynur Camal