Vardanyan getdi,missiya gəldi,eynəkli qəzəbləndi – Regionda üçlü marağın taleyi necə olacaq?backend

İkinci Qarabağ müharibəsindən iki ildən çox vaxt keçməsinə baxmayaraq, tərəflər sülh əldə edə bilmir.

Bakının təklif etdiyi sülh sazişinin aparıldığı danışıqlar hər dəfə Ermənistan tərəfindən məhv edilir.

İstər Rusiyanın,istərsə də Avropanın təşəbbüskarı olduğu görüşlərdən görünən real nəticələr alınmayıb.

Bir müddət əvvəl Moskvadan xüsusi gündəliklə Azərbaycanın Qarabağ bölgəsinə gəlib,özünü qondarma rejimin “dövlət naziri” elan edən Ruben Vardanyan həm gəlişi ,həmdə Xankəndində olduğu müddətdə böyük səs-küyə səbəb oldu.Artıq o vəzifəsindən azad edilib.Onun tutduğu qondarma “post”a isə təyin olunan separatçının hansı addımlar atacağını müəyyən etmək o qədər də çətin deyil.

Regionun digər vəziyyətini isə Brüsselin maraqlarına uyğun olan Avropa İttifaqı missiyasının Ermənistana gəlişdir.Əlbəttə bu Kremlin maraqlarına qeydi-şərtsiz ziddir.

Digər tərəfdən isə,yaxın zamanlarda Brüsseldə növbəti görüşün keçiriləcəyi ilə bağlı informasiyalar yayılır.

“Yeni Gundem” sadaladığı bir-birinə zidd məsələləri “Bakı-Xəbər” qəzetinin baş redaktoru, politoloq və siyasətçi Aydın Quliyevlə müzakirə etdi.

Siyasətçi Aydın Quliyevin fikrincə,Vardanyan məsələsinə bu nöqteyi-nəzərdən yanaşmaq lazımdır ki,onun qondarma separatçı rejimdə tutduğu vəzifədən azad olunması məsələnin hamısı demək deyil.

“İş burasındadır ki, Azərbaycanın tələbi böyük məzmun etibarilə Vardanyanın təkcə dövlət vəzifəsindən deyil ,onun bütövlükdə Qarabağ ərazisini tərk etməsindən ibarətdir.Hər kəs bilir ki, Vardanyanın Xankəndiyə gəlişindən sonra,orada vəziyyət xeyli dərəcədə mürəkkəbləşib.Həmin dövrdə Xankəndi erməniləri arasında separatçı əhval-ruhiyyə də olanlarla sivil yaşayanlar arasında ayrılıq hiss edilməyə başlamışdısa,Vardanyan gələndən sonra revanş hisslərini gücləndirməyə başladı.Vardanyan sülh prosesini dayandıraraq,əldə olunan bütün nəticələri məhv etdi.Buna görə də, Vardanyan nə qədər ki, Xankəndidədir,orda ki,ermənilərlə hər hansı təmasın qurulmasından söhbət gedə bilməz.Vardanyanın Xankəndini tərk etməsi ilə,onun məsələsini qapanan hesab etmək olar”-deyə o bildirdi.

Politoloq Aydın Quliyev əlavə etdi ki,Vardanyandan sonra gələn şəxsin hansı kurs aparacağı Azərbaycan üçün maraqlı deyil.

“Vardanyandan sonra gələn şəxsin hansı fəaliyyətlərdə görünməsinə gəlincə, prinsipcə qondarma rejimin vəzifəlilərin hansı kurs aparacağı maraqlı deyil.Vardanyandan sonra gələn şəxsin hər hansı kurs aparılması indi ki, vəziyyətdə şəraiti dəyişməz.Onlar nə qədər ki, İrəvan və Kremlin diktələri ilə hərəkət edirlərsə,o zaman sülhdən danışmaq olmaz”-deyə o vurğuladı.

İki ölkə arasında sülh prossesindən bəhs edən siyasi şərhçi düşünür ki,indiki şəraitdə zahirən sülh sazişi çox yaxında görsənsə də, mahiyyətə varanda,onun hələ çox uzaq olduğunu demək gəlir.

“Şəxsən Paşinyanın bu sahədə çox dağıdıcı rol oynadığını hər kəs görür.Ermənistanın məqsədi sülh sazişinin tezliklə imzalanması deyil,sazişin müddətinin mümkün qədər uzadılmasından ibarətdir”-o dedi.

Siyasətçi Avropa İttifaqı missiyasının Ermənistana gəlişində şərh etdi:

“Son həftələrdə baş verən hadisələr sülhün imzalanma prespektivini xeyli dərəcədə uzadıb.Təkcə Avropa İttifaqı missiyasının Ermənistana gəlməsi ,bu missiyanın gəlişi ilə atəşkəsin intensiv şəkildə pozulması ,həftə indiyə qədər rast gəlinməyən nöqtələrdə atəşkəs pozuldu.Missiyanın gəlişi,Moskvanı daha da aqressivləşdirdi və onun fəaliyyətinə özünün əks mövqeyini açıq və kəskin şəkildə ortaya qoydu.Beləliklə,sülhün əldə edilməsi üçün Brüssel yaxud Moskvada danışığın olub-olmamasından asılı olmayaraq,prossesə mənfi təsir göstərən bir neçə vektor var.Biri odur ki,Kreml həmin missiyadan qəti şəkildə narazı və onun əleyhinə gedir.İkincisi odur ki, Avropa İttifaqının missiyası artıq Ermənistandan fəaliyyətə başlayıb.Missiya sülhdən çox onun altında öz məqsədlərini həyata keçirməyə çalışacaq.İndidən sözügedən missiyanın sərhədlərin delimitasiya prosesində iştirak etməyə meylli olduğu yuxarıdakılara sübutdur.O biri tərəfdən ABŞ-ın mövqeyi müəyyən qədər Avropa və Rusiyanın yanaşmasından fərqlidir.Həm Moskovadan,həm Brüsseldən ,həm də Vaşinqtondan müdaxilələr var.Müdaxilələr bir birinin ziddinə olduğuna görə,sülh sazişinin imzalanmasının yaxın gələcəkdə prespektivi yoxdur.Sülh sazişi nə qədər yaxında görsənsədə ,o bir qədər də uzaqdadır”-deyə o qeyd etdi.

Fərahim Rəhimov