“Vardaryan öz senarisini yazıb və dünyanı da bu uydurmacaya inanmağa çağırır”backend

Lakin heç separatçıların da gözləmədiyi nəticə yarandı. Öz diktaturasını quran Vardaryan bütün qərarları seperatçı rejim rəhbərliyinə danışmadan verir. Hazırda nəinki seperatçılar, hətta sıravi vətəndaşlar da bu diktatordan narazıdır. Bu xaincəsinə qurulmuş plan tam əks effekt verdi.

“Yeni Gundem” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputatın fikrincə,Vardaryanı narahat edən yolun bağlı olması deyil, Azərbaycan aktivistlərinin tələbləridir

“İndi də Vardaryan öz senarisini yazıb və dünyanı da bu uydurmacaya inanmağa çağırır. Hər şeydən əvvəl Azərbaycan ekonümayişçiləri yol bağlamayıb, sadəcə sivil beynəlxalq hüquqlarından istifadə edərək öz tələblərini irəli sürürlər. Yol açıq-aşkar görüldüyü kimi bağlı deyildi, indi də humanitar yardımlar gedir. Bu özü kifayətdir ki, yolun bağlı olmadığı görülsün.

Vardaryanı narahat edən yolun bağlı olması deyil, Azərbaycan aktivistlərinin tələbləridir. Çünki bildiyiniz kimi milli sərvətlərimiz talanır, bu da birbaşa separatçıların fəaliyyətini ayaq üsdə saxlamağa xidmət edir. Bu aksiyanın nəticəsindən asılı olmayaraq Vardaryan narahat olmaqda haqlıdır. Çünki Xankəndi yolundan silah daşıya bilmir, sərvətlərimizi talan edə bilmir. Bundan sonra da o bu planını reallaşdıra bilməyəcək.Ermənistan siyasi rəhbərliyi və seperatçılar unutmasınlar ki, artıq 90-cı illər deyil, indi daha güclü, daima inkişaf edən, beynəlxalq aləmin etibarlı tərəfdaşı olan Azərbaycan var.”

Fərahim RƏHİMOV