Vasif Məhərrəmli efirdə AĞLADI: “Yoldaşımı itirməyim ən ağır günüm olub” – VİDEObackend

Əməkdar artist Vasif Məhərrəmli illər öncə bətnindəki yeddi aylıq oğlu ilə həyatını itirən həyat yoldaşından danışıb.

Bu barədə, o, ATV-də yayımlanan “1 Dəqiqə” verilişində söz açıb.

Vasif bu hadisənin həyatının ən ağır günü olduğunu vurğulayıb:

“Övladımın yaş yarımı olarkən həyat yoldaşımı itirdim. Bu mənim ən, ən ağır günüm idi. İki il sonra isə atamı itirdim. El deyimi var deyirlər, atalar övladlarının çiynində getsin. Mən özüm də içində olmaqla bütün ata-analar övladlarının çiynində köçsünlər”.

Vasif aparıcının dünyaya gəlməmiş övladı haqqında sualına isə “Bəlkə də, məni bu sözümə görə qınayacaqlar. Amma o anda övladı düşünmədim”, – deyə cavab verib.

Ətraflı süjetdə: