Vasif Talıbovun əli GDU- nə də çatırmışbackend

Gəncə Dövlət Universitetinin Psixologiya kafedrasının bir qrup əməkdaşı adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət ünvanlanıb.Bir nüxsəsi də Mediatv.az-ın elektron poçtuna daxil olan müraciətdə deyilir: Çox  hörmətli  cənab Prezident. Gəncə Dövlət Universitetinin rektorunun katibəsi, həm də paralel olaraq Psixologiya kafedrasının müəllimi Qasımova Həmidə  İsgəndər qızı 27.05.2022-ci ildə  5804.01 – “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi”   şifri  üzrə  fəlsəfə doktoru  elmi dərəcəsi almaq üçün “Yuxarı sinif şagirdlərində  təşkilatçılıq  qabiliyyətlərinin formalaşdırılması üzrə işin sistemi” mövzusunda  dissertasiya  işi  müdafiə  edib. Dissertasiya işini yazmaq üçün vaxt lazımdır,adətən bu işlə məşğul olan adamlara elmi yaradıcılq məzuniyyəti verilir. Həmidə Qasımova isə həm tələbələrə dərs keçir, həm də rektorluğun katibəsi işləyir. Maraqlıdır, bu şəxsə heç vaxt yaradıcılıq məzuniyyəti verilməyib, onda Həmidə Qasımovanın  elmi tədqiqat işini nə vaxt və harada  aparması suallar doğurur. Məlumunuz  edirik ki, bu dissertasiya  işini rüşvət müqabilində onun elmi rəhbəri,  pedaqoji elmlər  doktoru, professor Akif Abbasov  yazıb. Ümumiyyətlə, bu Akif Abbasov Rusiyadan və digər MDB ölkələrindən müdafiə olunmuş dissertasiya işlərini gətirib,azərbaycan dilinə tərcümə edərək 15-20 min arası ona buna satır,nəticədə bir ərizə forması yaza bilməyən azərbaycanlı alimlərin sayı göbələk kimi artır.Həmidə Qasımova da belələrindəndir.Həmidə Qasımova pedaqogika elmindən tam xəbərsiz, pedaqogikanın ilk anlayışlarının adını, ixtisasının  adını  belə bilməyən, hətta əxlaqı  belə universitetdə müzakirə mövzusu olan, adı rüşvət məsələlərində hallanan, xəlvəti olaraq müxtəlif xarici ölkələrin universitetlərinə rüşvət müqabilində ingilis dilini belə bilməyən 2-ci kursdan oxumaq üçün tələbə göndərməklə məşğul olan bir adamdı.Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının  Naxçıvan Müəllimlər İnstitutunun nəzdində fəaliyyət göstərən FD 2.40  Dissertasiya  Şurasında  müdafiə  edərkən  də  Vasif Talıbovun oğlunun köməkliyi sayəsində pedaqogika sözünün mənasını bilməsə belə müdafiə edərək pedaqogika üzrə alim olub.Vasif Talıbovun işləri düyünə düşdüyündən, Ali Attestasiya Komissiyasında işini təsdiq etdirmək üçün Həmidə Qasımovaya kömək edə bilməyib, nəticədə  AAK onun işini geri qaytarıb. Bundan sonra Ali Attestasiya Komissiyasında dissertasiyanı  pulu ilə yazdırıb, işindən xəbəri olmayan adam  AAK-da Ekspert komissiyasına  10 min manat rüşvət verərək oradan müsbət rəy ala bilib. Maraqlıdır, belə bir savadsız şəxsə necə müsbət rəy verib alim  diplomu vermək olar? Dissertasiyasındakı uzun sözləri, çoxhecalı sözləri belə tələffüz edə bilməyən, pedaqogika sözünün mənasını belə bilməyən adama pedaqogika üzrə   necə alim adı verilir?Bunlar Ali Attestasiya Komissiyasında bəzi şəxslərin korrupsiyaya bulaşdığını göstərir.  Budurmu  AAK-ın obyektivliyi? AAK-ın Sədri Famil Mustafayev bu rüşvətxorluğun qarşısını nə vaxt alacaq????Bu adam bizim işlədiyimiz kafedranın adını belə hörmətdən salır. Hər yerdə deyirlər ki, özünün psixoloji problemləri olan, pedaqogikanı bilməsə də ixtisası pedaqogika olan bir adam Psixologiya üzrə ali məktəb tələbələrinə dərs keçir. Həmidə xanımın Psixologiya kafedrasında müəllim işləməsi bu kafedranın görkəmli alimlərinə təhqirdir.
Çox hörmətli Cənab Prezident, bu biabırçılığın qarşısının alınmasını Sizdən xahiş edirik.
Hörmətlə, Gəncə Dövlət Universitetinin Psixologiya kafedrasının bir qrup əməkdaşı