Vasif Talıbovun köməkçisindən Naxçıvanda baş verənlərlə bağlı AÇIQLAMAbackend

Xəbər verdiyimiz kimi bir neçə müddətdir mətbuatda Naxçıvanla bağlı yazılar, müzakirələr aparılır. Sosial şəbəkələrdə yazılan şərhlərdə, aparılan müzakirələrdə bir çox insanlar islahatları alqışladığını bildirir.

“Yeni Gundem” manset.az-a istinadən xəbər verir ki, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun köməkçisi Ramiz Məmmədov  aparılan əməliyyatlarla bağlı geniş heç nə deyə bilməyəcəyini bildirib: “Hər halda əməliyyatlar başqa yerlərdə də aparılıb.”

Əməkdaşımızın bəs Ali məclisin sədri bu olayları necə qarşılayır? sualına Ramiz Məmmədov belə cavab verib.

“Siz necə qarşılayırsız? Hər bir zaman islahatlar ola bilər. Dövlətin apardığı islahatları heç kəs müzakirə edə bilməz.”