Vasif Talıbovun mandatı ləğv olunur? – AÇIQLAMAbackend

Naxçıvan Ali Məclisinin keçmiş sədri, Milli Məclisin deputatı Vasif Talıbov mütəmadi olaraq parlamentin iclaslarına qatılmır. Qüvvədə olan qanunvericiliyə görə, onun məsələsinə intizam komitəsində baxılmalı və bu, ümumi yığıncağın müzakirəsinə verilməlidir.

V. Talıbovun illərdir Milli Məclisin binasında görünməməsinə rəğmən, onun barəsində hər hansı bir qərarın qəbul edilməməsi çoxsaylı suallar doğurur.

Parlament V. Talıbovun məsələsini niyə müzakirə etmir? Qanunvericiliyin tələbinə uyğun olaraq, keçmiş “xan”ın mandatı geri alına bilərmi? Yenisabah.az-a açıqlamasında Milli Məclisin intizam komissiyasının sədri Eldar İbrahimov bildirib ki, hələ ki bu barədə məlumat yoxdur:

“Bununla bağlı hələ ki bir xəbər yoxdur, ola da bilməz. Əsasnamə ilə ona hələ heç bir söz deyilməyib. İndiyə qədər iki iclas olub. Onun mandatının ləğv olunub-olunmayacağı gələcəkdə müəyyənləşəcək. Gözləmək və dözmək lazımdır”.