“Vaşinqton Filip Rikeri bölgəyə göndərməklə “biz də varıq” deməyə çalışır”backend

“ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi Filip Riker bölgəyə səfərinə Ermənistandan başlayıb. Amerikalı diplomat səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Ararat Mirzoyan Filip Rikerlə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıyla yanaşı, Qarabağ mövzusunu da müzakirə edib. Məsələ burasındadır ki, dövlət katibi Entoni Blinken Filip Rikerin vəzifəsinə “ABŞ-ın Minsk Qrupundakı həmsədri” titulunu da əlavə edib. Azərbaycan nə bu titulu qəbul edir, nə də bu titul adı altında hər hansı diplomatla Qarabağ mövzsunu müzakirə etmək istəyir”.

“Yeni Gündəm” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Belə olan halda Filip Rikeri Bakıda ancaq ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi titulunda qəbul edə bilər və onunla ancaq Azərbaycanla Ermənistan arasındakı danışıqların mövcud vəziyyətinin müzakirəsi mümkündür. Vaşinqton vasitəçilkdə Moskva və Brüsseldən aşkar geri qalır, ona görə Filip Rikeri bölgəyə göndərməklə “biz də varıq” deməyə çalışır” – E.Şahinoğlu əlavə edib.