“Vaşinqton Krımı Rusiyaya güzəştə gedib” – ŞƏRHbackend

Ümumiyyətlə Blinkenin bu açıqlamasından bir neçə məna çıxa bilər. Bu, məqsədyönlü şəkildə verilən açıqlama ola bilər. Məsələ ondadır ki, ABŞ onsuz da Ukraynaya hərbi yardım edir. Hətta bu istiqamətdə ABŞ-da qanun da qəbul edilib. Həmin qanuna görə rəsmi Vaşinqton Ukraynaya limitsiz silah-sursat, humanitar və dərman ləvazimatları yardımı edəcək.

Bu sözləri Yeni Gundem” -ə açıqlamasında Politoloq Samir Hümbətov deyib.

Onun fikrincə Donetsk və  Luqanskda tezliklə Ukrayna tərəfindən azad edilə bilər.

“ Xəritəyə baxdıqda deyə bilərik ki, Ukrayna 24 fevraldan öncəki əraziləri də işğaldan azad edir:Hətta deyə bilərəm ki, tezliklə Donetsk və Luqansk da Ukrayna tərəfindən işğaldan azad edilə bilər. Lakin Krımla bağlı nəsə demək üçün çox tezdir. Mümkündür ki, Ukrayna ordusu Krımda dayansın.Henri Kissincerin fikirlərini də nəzərə alsaq deyə bilərəm ki, ABŞ və Rusiya arasında gizli danışıqlar baş tutub və Vaşinqton Krımı Rusiyaya güzəştə gedib. Yəni bu yolla o həm Ukraynaya dəstək verir, həm də Kremlin qəzəbini sakitləşdirməyə çalışır”