Vaşinqtonun arzusu – Blinken niyə narahatdır?backend

Xəbər verdiyimiz kimi, dünən Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Dövlət başçısı qeyd edib ki, ötən il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə buradan 4700-dən artıq nəqliyyat vasitəsinin, tibbi yardıma ehtiyacı olan şəxslərin və onları müşayiət edənlərin keçidi təmin olunub. Buna görə də bu yolun guya blokadada olması barədə məlumat Ermənistanın yalançı təbliğatıdır.

Azərbaycan Prezidenti vurğulayıb ki, Ermənistanın Laçın yoluna köməkçi yoldan istifadə edərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə qanunsuz hərbi daşımalar, şəxsi heyətin rotasiyasını həyata keçirməsi, habelə Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin hələ də Azərbaycan ərazisində olması ciddi narahatlıq doğurur. Bu xüsusda dövlətimizin başçısı Azərbaycanın Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılmasının labüdlüyünü xüsusilə vurğulayıb.

İlham Əliyev son həftələr ərzində Ermənistan tərəfinin Avropa İttifaqının bu ölkədəki missiyasının yerləşməsindən sui-istifadə edərək vəziyyəti qəsdən gərginləşdirmək istiqamətində siyasət yürütdüyünü, Azərbaycan-Ermənistan dövlət sərhədi boyu və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələri tərəfindən atəşkəsin intensiv şəkildə pozulması hallarının müşahidə olunduğunu diqqətə çatdırıb. Azərbaycan Prezidenti bu xüsusda 2023-cü il martın 5-də qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində 2 hərbi qulluqçumuzun şəhid olmasını və Novruz bayramı günü – martın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistanın növbəti təxribatı nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralandığını qeyd edib.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan sülh gündəliyinə tam sadiqdir, Ermənistanla münasibətlərin normallaşdırılmasına və tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır və son təklif və düzəlişlərinin olduğu sülh müqaviləsinin mətnini Ermənistan tərəfinə təqdim edib.

Dövlət başçısı bildirib ki, ABŞ və şəxsən dövlət katibi Antoni Blinkenin bu istiqamətdə səylərini yüksək qiymətləndirir.

Dövlət katibi Antoni Blinken bir daha vurğulayıb ki, ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün səylərini bundan sonra da davam etdirəcək.

Dövlət başçısı Münxendə keçirilmiş görüşün davamı olaraq Azərbaycanın Qarabağdan olan erməni sakinlərlə təmaslara hazır olduğunu və bu xüsusda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən reinteqrasiya üzrə təmasları davam etdirmək və infrastruktur layihələrini müzakirə etmək üçün onların Bakıya dəvət edildiyini də xatırladıb.

“Yeni Gundem” mövzunu Politoloq Yeganə Hacıyeva ilə müzakirə etdi.
Siyasi şərhçi açıqlamasında bildirdi ki, Azərbaycan Cənubi Qafqazda bu qədər strateji regionun sülh və stabilliyi üçün vacib şərtləri formalaşdırıb.

“44 günlük Vətən müharibəsindən sonra yeni şərtlərdə köhnə şərtlərdən sui istifadə edən, köhnə şərtləri istismar edən tərəflərin maraqları zədələnmiş kimi bir təəssürat vardı və onlar da maraqlarının müdafiəsi qismində bu mövzuları istifadə etməyə çalışırlar. Digər bir məqam isə,Avropa Birliyi ilə bağlı idi. Avropa Birliyi də faktiki olaraq Cənubi Qafqaz kimi bölgəni boş buraxmaq istəmir.Və özünün maraqlarının təmsilçiliyi üçün, mövcudluğunu formalaşdırmaq üçün bir imkan kimi dəyərləndirdi.  44  günlük Vətən müharibəsindən sonra Azərbaycan ərazisində gedən müharibənin nəticələri kimi guya Ermənistanda dağılmış infrastrukturların bərpası üçün iki tam onda altı milyard maliyyə ayırması bunu bir daha sübut edir”- o dedi.

Siyasi ekspert hesab edir ki, 2021-ci ilin  noyabrın 17-də Ermənistanın sərhəddə gərginliyini istifadə edərək Avropa Birliyi proseslərə daxil oldu, cəlb olundu və Brüssel formatı deyən bir format formalaşdı.

“2022-ci ilin sentyabr ayındakı gərginlikdən istifadə edərək ümumiyyətlə regiona öncə mülki missiya , ardınca isə genişləndirilmiş, amma faktiki hərbi missiya göndərdi. Orada hərbi missiya göndərmişik deməyə cəsarəti çatmayan Avropa Birliyi ikinci dəfə 100 missiya üzvündən 50 silahsız müşahidəçi göndərmişik dedi. Bu o deməkdir ki, digər əllisi silahlıdır”,- o vurğuladı.

Politoloq Yeganə Hacıyevanın fikrincə, Amerika Birləşmiş Ştatlarının ümumi yanaşması bundan ibarət idi ki, regionda sülh və stabillik üçüncü tərəfin iştirakı olmadan təmas daha vacibdir.

“Yəni Ermənistan- Azərbaycan münasibətlərin inkişafı üçüncü tərəfin iştirakı olmadan alına bilər. Çünki üçüncü tərəfin iştirakı həm də üçüncü tərəfə öz maraqlarını təşviq etməyə əsaslar formalaşır. Məntiqi olaraq da üçüncü tərəf ona görə iştirak edir ki, öz maraqlarını təşviq edə bilsin. Ümumiyyətlə 3 tərəfli raxılaşma farmatı reallaşdırılmağa başlayandan ABŞ üçüncü tərəfi iştirakını istəmir. Onun yanaşması üçüncü tərəfin iştirakı regionda regiona heç bir fayda vermir yanaşması idi. O üzdən də istər Blinkenin, istər bundan öncə Amerika Birləşmiş Ştatlarının Azərbaycana səfər etmiş  bir neçə nümayəndəsi, hətta Avropa Birliyinin Cənubi Qafqaz nümayəndəsinin də Bakıya səfəri zamanı ABŞ rəsmisinin Bakıya səfəri bu istiqamətdə mesajlarla müşaət olunurdur. Ümumilikdə Amerika Birləşmiş Ştatlarının bu yanaşması regionu, həm də Avropa Birliyinin Cənubi Qafqazda mövcud olmaq üçün aydığı addımların yaratdığl təhlükələrdən qorumaq cəhdi idi bu mərhələdə. Hər gün daha çox aydındır ki, Avropa Birliyinin öz mövcudluğu üçün regionda Ermənistanı istifadə etməsinin faktiki regionu necə təhlükəyə atır. Bilkein Azərbaycan prezidenti ilə görüşü zaman o məqamlara toxunması bir daha onu göstərir.Azərbaycan prezidenti də qeyd etdi ki, Azərbaycanın ərazilərindəki erməni yaraqları çıxmalıdır. Laçın yolunun şəffaflığı təmin olunmalıdır. Şəffaflığın təmin olunması üçün isə biz ora sərhəd yoxlanışları qoymalıyıq, buraxılış məntəqələri qoymalıyıq. Bu həm yolun təhlükəsizliyi, həm Qarabağın resurslarının talanmasının qarşısını alacaq, həmçinin silah daşınmasının qarşısını alacaq.Ümumilikdə Qarabağ gərginliyi Cənubi Qafqaz regionuna hədədir. Paralel olaraq Cənubi Qafqaz regionunda şimal və cənub koridorlarının təhlükəli olması üzərindən aralıq karidorunun imkanını limitləməklə Avrasiyanın təhlükəsizliyinin vacib elementidir ,- deyə o fikrini yekunlaşdırdı.

Fərahim Rəhimov