Vaşinqtonda fövqəladə vəziyyət rejimi 15 gün uzadıldıbackend
Vaşinqton meri Müriel Bauzer hazırkı Prezident Donald Trampın tərəfdarları tərəfindən törədilən iğtişaşlar səbəbindən şəhərdəki fövqəladə vəziyyəti daha 15 gün uzadıb.

“Yeni Gündəm” xəbər verir ki, qərar şəhər administrasiyasının rəsmi veb-saytında yerləşdirilib.

Bauzer verdiyi açıqlamada çoxlarının şiddət və dağıntı yaratmaq məqsədi ilə Vaşinqtona gəldiklərini bildirib. O qeyd edib ki, bu hisslər Trampın keçmiş seçkilərin qanunsuzluğu barədə “nifrət və şiddət” nitqindən məğlubiyyətini etiraf etməməsindən qaynaqlanır. Bununla əlaqədar olaraq şəhərdəki fövqəladə rejim 21 yanvar tarixinə qədər uzadılıb. Beləliklə, yeni seçilmiş prezident Co Baydenin 20 yanvarda keçiriləcək andiçmə mərasimi bu müddətə düşəcək.

Xatırladaq ki, yanvarın 6-da Trampın tərəfdarları Konqres Binasına hücum edib Senat Zalını mühasirəyə alaraq, Senat və Nümayəndələr Palatasının son seçkilərin nəticələrini təsdiqləməyi planlaşdırdığı iclasa müdaxilə ediblər. Tramp tərəfdarlarını dinc hərəkət etməyə və polisi dəstəkləməyə çağırıb. Konqres binası daha sonra etirazçılardan təmizlənib.

ABŞ-ın sabiq Prezidenti Barak Obama Trampı zorakılığa təhrik etməkdə günahlandırıb və Nümayəndələr Palatasının vitse-prezidenti Mayk Pensi Trampı hakimiyyətdən uzaqlaşdırmaq üçün Konstit