Vaşinqtonda hansı məsələlər müzakirə olunacaq?-Region uğurunda Rusiya və ABŞ arasında ciddi mübarizəbackend

Xəbər verdiyimiz kimi yaxın günlərdə ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan Xarici İşlər naziri ,ABŞ dövlət katibi və Ermənistan Xarici İşlər naziri arasında üçtərəfli görüş keçiriləcək.

Vaşinqtonda baş tutacaq görüşdə əlbəttə ki, əvvəl imzalanmış Vaşinqton sənədin bəzi detalları müzakirə olunacaq. Təbii ki, ABŞ və Rusiya arasında region uğrunda ciddi mübarizə gedir. Və əlbəttə ki, hər bir tərəf, yəni söhbət ABŞ və Rusiyadan gedir. Tərəflər, yəni Azərbaycan və Ermənistanı məmnun edəcək hərəkətlər etməyə və razılaşmalar əldə etməyə çalışırlar ki, regionda öz nüfuzlarını da möhkəmləndirsinlər. “

Bu sözləri Vaşinqton görüşü haqqında “Yeni Gundem” -ə danışan politoloq Samir Hümbətov deyib.

Samir Hümbətov danışıqların ehtimal olunan mövzularınıda açıqladı:

“Bu baxımdan hesab edirəm ki, ABŞ da imzalanmış Vaşinqton sənədinə və yaxud da ki, Brüssel görüşlərinin nəticələrinə istinad olunacağı ehtimalı daha çoxdur Və əlbəttə, bunlar, eyni zamanda Azərbaycanın irəli sürdüyü həmin şərtlərin icrası məsələsi də gündəm ola bilər. Yəni Ermənistan tərəfindən qəbul olunub, onun icrası məsələsi gündəm ola bilər. Təbii ki, bunlar vrsa, sərhədlərin delimitasiya demarkasiyası məsələsi var. Qarşılıqlı tanınmalı Zəngəzur dəhlizinin açılmasıdır. Ola bilsin ki, əlavə olaraq əsirlərin qaytarılması və sair məsələlər də gündəm ola bilər. Əlbəttə ki, Azərbaycanın birinci Qarabağ savaşından qalan dörd minə qədər hərbi və mülki əsir var. Ermənistanda onların taleyi ilə bağlı məlumat yoxdur. O baxımdan hesab edirəm ki, bu görüşdə bu məsələlər müzakirə olunacaq. Bunlar əslində sülh danışıqları prosesinin tərkib hissəsi kimi qiymətləndirilə və yaxud detallar kimi qiymətləndirilə bilər.

Bu baxımdan hesab edirəm ki, bu dəfəki Vaşinqton görüşündə Bayramov Brinke və mirzoyan arasında əsas müzakirə mövzusu bu yuxarıda qeyd etdiklərim ola bilər.”

Fərahim

Yenigundem.az