Vətəndaşların əksəriyyəti pensiya yaşına çatmasına baxmayaraq, hələdə aldıqları pensiya ilə bağlı bəzi məqamları bilmirlər. Maraqlıdır, görəsən, mövcud qanunvericilikdə ailə başçısını itirmiş şəxs onun pensiyasını almaq hüququna malikdirmi? Ümumiyyətlə, dünyasını dəyişmiş ailə başçısının pensiyasını kimlər ala bilər?
“Yeni Gundem” xəbər verir ki, bu barədə hüquqşünas, bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Referans.az-a açıqlamasında bildirib ki, övladları 18 yaşına çatmamış şəxslər, eyni zamanda ər və ya qadın öz həyat yoldaşını itirdiyinə görə onun pensiyasını almaq hüququ var:
Hüquqşünas bildirib ki, 18 yaşına çatamamış, yəni himayədə olan uşaqlar da vəfat edən öz ata və ya analarının pensiyasını ala bilərlər. Onun sözlərinə görə, 18 yaşına çatmamış, 18 yaşına çatanadək olan şəxslərin ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vardır.