Vəkil Abdullayevin başından güllələnməsi Azərbaycan diasporunu hərəkətə gətirdibackend

Azərbaycan Milli-Mədəni Muxtariyyətinin rəhbəri Rasim Sahib oğlu Babayev faciənin olduğu Moşkovoya gəlib.

“Yeni Gündəm” sib.fm portalına istinadən xəbər verir ki, o, Moşkova rayonu administrasiyasının rəhbəri və Novosibirsk Azərbaycanlı Gənclər İctimai Təşkilatının rəhbəri Tofiq Hüseynovla birlikdə Vakil Abdullayevin yerləşdiyi xəstəxanaya baş çəkib.

Rasim Babayev şəhərin informasiya portalına bildirib ki, bu hadisə azərbaycanlılarla yerli polislə qarşıdurmaya səbəb olmamalıdır.

“Vəkilin Moşkovoda olan qohumları ilə görüşdüm. Bəzilərini şəxsən tanıyıram. Mən onlarla danışdım, onları sakitləşdirdim, istintaqın gedişinin nəzarətdə olduğunu söylədim”.

Azərbaycan diasporunun başçısı şəxsən Moşkovski vilayətinin polis idarəsinə də baş çəkib. O, vəziyyətin nəzarətdə olduğuna inanır. Polisin hərəkətlərinin qiymətləndirilməsinə gəlincə, Rasim Babayev məhkəmənin ədalətli qərar verəcəyinə inanır.

P.S. Qeyd edək ki, Rasim Babayev Moskovada xəstəxanaya baş çəkərkən hələ Vəkil Abdullayev keçinməmişdi.