Vəliəhd Şahzadədən “Mançester Yunayted”ə rekord təklifbackend
Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salman İngiltərənin “Mançester Yunayted” klubunu almaq üçün rekord məbləğ təklif edib.
“Yeni Gundem” xəbər verir ki, Salman klubun sahibi olan Qleyzer ailəsinə üçüncü dəfə müraciət edərək 3,5 milyard dollar təklif edib.

 

2005-ci ildən “Mançester Yunayted”in sahibi olan Qleyzer ailəsi isə Vəliəhdin istəyini növbəti dəfə rədd edib. Məhəmməd bin Salman daha əvvəl iki dəfə də belə bir istəklə çıxış etmiş, lakin mənfi cavab almışdı.