“Verdiyimiz zəhərli məhsula tamaşaçı öyrəşib”backend

“Mən etiraf edirəm ki, bunda mənim də payım var. İndi o insanlara ciddi proqramı, maarifləndirici mövzuda olan verilişi təqdim edəndə, baxmaq istəmirlər. Təəssüf ki, biz zamanında bərbad etdik”.

“Yeni Gundem” “Sputnik”ə istinadla xəbər verir ki, bunu aparıcı Rövşanə Ağasəfqızı deyib.

O bildirib ki, zamanında izləyiciyə reytinq üçün keyfiyyətsiz proqramlar təqdim ediblər:

“Gətirdik qoyduq ki, bu reytinq gətirir, pul gətirir. Tamaşaçı da, televiziya da  ona öyrəşdi. Televiziya gördü ki, həmin məhsul pul gətirir. Nə gözəl… Tamaşaçı da o bayağılığa öyrəşdi. Həmin reytinq də kəfən ipi kimi boğazımızdan yapışıb. İçi mən qarışıq, bunun qurbanına çevrilmişik.

Mən jurnalistəm, gedib nə ginekoloq, nə stomotoloq ola bilərəm. Deyilənləri etməyə məcburam. Bir zamanlar verdiyimiz zəhərli məhsula tamaşaçı öyrəşib. İndi isə nə qədər çalışsaq da, maarifləndirici proqramlar hazırlasaq da, tamaşaçı deyir ki, mən bunu istəmirəm. Mənə əvvəlki şounu, bayağılığı istəyirəm”.