Vergi Xidmətinə sahibkarın əmlakını müsadirə etmək səlahiyyəti verilirbackend

Yaxın günlərdə Vergi Məcəlləsinə və “İcra haqqında” qanuna gözlənilməz  dəyişiklik ediləcək.

Vəkil Sirac Piriyev bildirir ki, Vergi Məcəlləsinə  və İcra haqqında Qanuna edilməsi gözlənilən dəyişikliklərə əsasən, vergi borcunun məcburi alınması üsulu kimi siyahıya alınmış əmlakın hərrac qaydasında satılması qaydasına dəyişikliklər edilir:”Belə ki, məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra həmin aktın icrasını, yəni vergi ödəyicisinin siyahıya alınmış əmlakının satışının təşkilini daha icra məmurları deyil, vergi orqanları həyata keçirəcəkdir.

Həmçinin, dəyəri 5000 manatadək olan daşınar əmlakları vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində satışının həyata keçirilməsi imkanı mövcud olacaqdır. Hərracın təşkilatçısı qismində isə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzi çıxış edəcək”.

Gununsesi.info