“Vesta Construction” MMC şirkəti AÇIQLAMA YAYDIbackend

“Vesta construction” MMC şirkətinin “MY HOME” layihəsi üzrə Nizami rayonu, Şirin Mirzəyev 38 ünvanda tikilən binanın sakinlərinin şikayəti ilə bağlı açıqlama yayıb.

“VESTA Construction” MMC-nin direktoru Zeynal Zeynalov “Yeni Gündəm”-ə açıqlamasında bildirib ki, müraciətimiz əsasında Nizami Rayon İcra Hakimiyyeti başçısının 10 mart 2016-ci il tarixli,29№-li sərəncamı ilə pilot layihə çərçivəsində Ş.Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsindəki 2535-ci məhəllədə yerləşən torpaq sahəsində mövcud,istismar müddəti bitmiş yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi “Vesta Construction” MMC-nin istifadəsinə verilmişdir.

“Vesta Construction” MMC tərəfindən təqdim olunmuş Ş.Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsindəki 2535-ci məhəllənin ərazi planlaşdırma sənədi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 17.05.2016-cı il tarixli, 02/05-715 №-li məktubu ilə razılaşdırılmışdır və həmin sənədə uyğun eskiz və işçi layihəsi hazırlanaraq müvafiq qaydada təsdiq edilmişdir.

Sözügedən layihəyə əsasən ərazidə “A”,“B”,“C”,“D” və “E” bloklar;ndan ibarət yaşayış kompleksinin inşası hazırda mərhələli şəkildə həyata keçirilir.”B” və “C” blokları istismara verilmişdir.”A”blokunda tamamlama işləri aparılır. “D” blokunda tikinti quraşdırma işləri yekunlaşıb.

Tikinti gedən ərazidə quraşdırılmış qaldırıcı kran öz funksiyasını tamamladığından yaxın günlərdə demontaj olunacaqdır Məqalənizdəki faktlarla əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları olə sakinlərin bizimlə birgə yerində görüşü keçirilmiş və qaldırılan məsələlər araşdırılmışdır.

Araşdırma nəticəsində aşkarlanan problemlərin aradan qaldırılması üçün Rayon İcra Hakimiyyəti tərəfindən verilən tapşırıqların icrasına tərəfimizdən başlanilmışdır.

Vətəndaşların narahatlığına səbəb olan çatışmazlıqlar qısa zaman ərzində öz həllini tapacaqdır.

Yenigundem.az