“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai birliyi yüzdən çox Şəhid ailələrinə, Qarabağ əlillərinə, Veteranlara və aztəminatlı ailələrə bayram sovqatı payladıbackend
Mürəkkəb dövrə təsadüf edən bu ilki Ramazan ayında heç bir çətinliklərə baxmayaraq, dünya müsəlmanları kimi Azərbaycanda yaşayan müsəlmanlar da dinin əməllərinə sadıq qalaraq, oruc ibadətlərini yerinə yetirdilər.
Allah dərgahında rəhmət, bərəkət və səvabı ilə üstün ay olan Ramazanın əzəməti və sevinci hədsizdir, əvəzolunmazdır.
Allah-təalanın lütfi və mərhəməti sayəsındə Ramazan bayramını qarşılayan
“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai birliyinin sədri Qurban Məmmədov və
” Beniluks Azərbaycanlıları Konqresinin” sədri Elsevər Məmmədovun birlikdə təşkil etdiyi Ramazan bayramı ilə əlaqədar tədbir keçirildi.
Yüzdən çox Şəhid ailələrinə, Qarabağ əlillərinə, Veteranlara və aztəminatlı ailələrə Ramazan bayramı ilə əlaqədar ərzaq sovqatları çatdırıldı.
Uca yaradanın rizası yolunda xeyirxahlığı təcəssüm etdirən bu birlik və bərabərlik
Allahın savab dəftərinə yazılsın.
 Güc, xeyir və bərəkət, uğur və qalibiyyət birlikdədir.
“BIZ BİRLİKDƏ GÜCLÜYÜK “