Vətən müharibəsi iştirakçısı: 27 sentyabr bizlərin uşağlıqdan gözlədiyimiz gün oldu – MÜSAHİBƏbackend

Bu gün, sentyabrın 27-də Vətən müharibəsinin başlamasından iki il keçir. 

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.

Vətən müharibəsi iştirakçısı Rəşad Qəhrəmanzadənin “Yeni Gundem”-ə müsahibəsini təqdim edirik:

Bu gün Vətən müharibəsinin başlanmasından 2 il ötür, necə hissdir ?

Çox qürur hissi keçirirəm, millətimizin bu günü anım günü olaraq Şəhidlərimizi ziyaret etməklərini gördükdə dahada sevinirəm.27 sentyabr 2020-ci il bizlərin uşağlıqdan gözlədiyimiz gün oldu.

Döyüşlərə necə qatıldınız?

Atam mayor Çingiz Qəhrəmanovu köhnə döyüşçü olduğu üçün Müdafiə Nazirliyinə dəvət etdilər və Qubadlı Laçın isdiqamətində hücumlarda fəal iştirak edəcəyini özü ilə birgə 30 nəfər köhnə döyüşçü çağırmaqla bir qruppa yaratmağını tapşırdılar.30 nəfərdən 1-də mən oldum.

Döyüş yolunuz hardan başladı?

Biz Fizuli, Qubadlı, Laçın uğrunda döyüşlərdə olduq.Əsas fəaliyyətimiz Qubadllıdan başladı.

Vətən müharibəsinin hər bir anı bir tarixdir,hər anıda yaddaşımıza əbədi olaraq həkk olunub.Ən çox yaddaqalan nə olduki, bu gündə daima onu yada salırsınız?

Döyüşlərdən ən yadda qalan hadisəni sizlə bölüşəcəm.Qubadlı rayonu Muradxanlı kəndindən Laçın rayonun Güləbird kəndinə hücumumuz.Marauder adlı zirehli maşınla sürətli hücum zamanı Güləbird kəndində ən öndə irəliləyərkən maşınımız tank əleyhinə minaya düşdü.Əvvəl arxa təkər düşdü, partlayış vaxtı arxa tərəf göyə qalxdı.Maşının qabağı yerə dəyərkən ikinci minaya düşdü.2-ci partlayışdan sonra maşın havada 3-4 kruq fırlanaraq yerə düşdü.Şükürlər olsunki, zirehli maşın olduğundan ağır xəsarət almadıq.Maşından ehtiyatla çıxdıqdan sonra hərəmiz bir mövqe seçdik.Həmin an yolun qayalarla düşmən tərəfdən kəsildiyini və qayalardan 20- 30 metr aralıda 2- ədəd niva yanındada 6-7 nəfər düşmən əsgərini gördük.Atışmaya başladıq və bizdən həmişəki kimi qorxaraq Nivalara minib qaçmağa başladılar.

Şuşa əməliyyatında iştirak etmisiniz?

Xeyir, biz həmin zaman Laçın isdiqamətin də irəliləyirdik.

Yəqin ki, sizdə təsdiq edərsiniz ki, müharibə zamanı elə hadisələr baş verib ki, bu gün onlar az bilinir, bəlkə də heç bilinmir.

Həmin hadisələrdən danışa bilərsiniz ?

Mənim üçün bu sualın cavabı bizim yüksək rütbəli idarə heyəti olan zabitlərimizdirki, əslində onlar geridən orduya kamandalar verərək idarə etməli idi.Amma müharibə zamanı onların bizimlə birgə irəlidə hərəkət etdiklərinin şahidi olduq.

Müharibə zamanı, döyüşdə ən çətin durumda ağlınıza ilk gələn cümlə nə idi ?

2 dəfə ölümlə üz üzə gəldik, atamla birgə pusquya düşmüşdük. Həmin an Kəlmeyi- şəhadətimi deyib ölümü gözləyirdim. Bir anlıq sevdiklərim ailəm gözümün qabağına gəldi ki, mənsiz necə qalacaqlar.

Dəmir iradəli xalqımızın dəstəyi sizə hansı gücü, hansı qüruru verdi ?

Hər zaman demişəm, qələbəmizdə xalqın dəstəyinin böyük rolu var.Misal üçün göndərdikləri papaq, yemək, su olmasaydı bəlkədə xəstələnərdik. Halsızlıq olardı, həmin vaxtda rahat döyüşə bilməzdik.Düzdü ordumuz hər şeylə təmin olunurdu dövlət tərəfindən. Ancaq olduğumuz ünvandan bəzi çatışmayan şeylər olurduki, bunuda xalqın dəstəyi təmin edirdi.

Azərbaycanımızın Qəhrəman oğulusunuz.Qəhrəman xalqımın, qəhraman oğulu yetişməkdə olan gənclərə sözü nə ola bilər?

Vətəni, torpağı sevmək və qorumaq lazımdır. Əsgərlik zamanı heçnədən qorxmaq çəkinmək lazım deyil.Düşmənin bir Azərbaycan əsgərindən  necə qorxduğunun şahidi olduq.Gənclərimizdə bilsin.

Fərahim RƏHİMOV

Yenigundem.az