Vətən müharibəsi qazisi vəfat etdi – FOTObackend

Vətən müharibəsi qazisi vəfat edib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Qeyd edilib ki, doqquz aydır leykozdan əziyyət çəkən Səmədov Elnur Qalib oğlu dünən gecə saatlarında dünyasını dəyişib.

Bu diaqnoz qaziyə 2022-ci ilin yanvar ayında qoyulmuşdu.

Məlumat üçün bildirək ki, Səmədov Elnur 2020-ci ildə Vətən müharibəsində iştirak etmiş və Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə ayağından yaralanmışdı.

Oxu.az