Vətən Müharibəsi Şəhidimizin dəfnindən 40 gün keçirbackend

Goranboy rayon İcra Hakimiyyətinin Başçısı Məhərrəm Quliyev rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatı Anar Məmmədovun nümayəndəsi və ictimai fəllar ilə birlikdə Qarasuçu kəndindən Vətən Müharibəsi Şəhidimiz Həsrətov Elməddin Sərdar oğlunun 40 mərasimində onun məzarını ailəsi ilə birlikdə ziyarət etdilər, Şəhidimizn əziz xatirəsini andılar, ruhuna dualar oxundu.
Qeyd edək ki, 44 günlük Şanlı Vətən Müharibəsində, Murovdağ istiqamətində qəhrəmancasına döyüşərək itkin düşmüş Şəhidimiz 27.06.2021-ci il tarixdə dəfn edilmişdir.