Vətən müharibəsinin başa çatmasından iki il keçirbackend

Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşmasının əldə olunmasından iki il keçir.

“Yeni Gundem” xəbər verir ki, iki il bundan öncə (10 noyabr 2020- ci ildə Bakı vaxtı ilə saat 01:00-da) Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanat imzalanıb.

Ermənistan döyüşlərin davam etdiyi anda ağ bayrağ qaldıraraq təslim olub və  kapitulyasiya aktına imza atıb.

Ermənistanın Baş Naziri Nikol Paşinyan üçtərəfli bəyanatı kamera qarşısında imzalanmağdan çəkinib.

Bəyanatın bəndləri:

Dağlıq Qarabağ münaqişəsi zonasında tam atəşkəsdən və bütün hərbi əməliyyatlar dayandırıldıqdan sonra 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə 00:00-dan etibarən Azərbaycan və Ermənistan öz mövqelərində dayanırlar.

Ağdam rayonu 20 noyabr 2020-ci il tarixinədək Azərbaycana qaytarılır.

Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağdakı təmas xətti boyunca və Laçın dəhlizi boyunca yerləşdirilir.

Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir.

Münaqişə tərəfləri tərəfindən razılaşmanın həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək məqsədi ilə sülhməramlı mərkəz yerləşdirilir.

Ermənistan Respublikası 2020-ci il noyabrın 15-dək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 2020-ci il dekabrın 1-dək Laçın rayonunu qaytarır, Dağlıq Qarabağın Ermənistanla əlaqəsini təmin edəcək və Şuşa şəhərindən keçməyəcək Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarərinə keçir (eni 5 km). Üç il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında rabitə təmin edən yeni bir nəqliyyat marşrutunun inşası üçün bir plan müəyyən ediləcək və bu marşrutu qorumaq üçün sonra burada Rusiya sülhməramlı kontingenti yenidən yerləşdiriləcək. Azərbaycan hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və malların Laçın dəhlizi boyunca hərəkətinin təhlükəsizliyinə zəmanət verir.

Məcburi köçkünlər və qaçqınlar Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ona bitişik ərazilərə qayıdırlar.

Hərbi əsirlərin və digər saxlanılan şəxslərin və ölülərin cəsədlərinin mübadiləsi aparılır.

Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir.

Xatırlatmaq yerinə düşər ki, bəyanatın imzalanmasından iki il keçsədə Ermənistan tərəfi bəyanata əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.

Fərahim RƏHİMOV

Yenigundem.az