“Vətəndaşlarmızı Qəzzadan təxliyə etməyə çalışırıq”backend

Kreml rusların Qəzzadan təxliyəsi ilə bağlı ehtiyatlı nikbin olduğunu açıqlayıb.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, hakimiyyət Qəzza zolağından Rusiya vətəndaşlarının təxliyəsinə başlamaq məsələsinə ehtiyatla nikbin yanaşır.

Jurnalistlərlə söhbət zamanı ondan evakuasiya siyahısında olan Rusiya Federasiyasından olan 300 uşaq barədə Xarici İşlər Nazirliyinin məlumatına münasibət bildirməsi, həmçinin onların təxliyyəsinin necə təşkil ediləcəyi soruşulub.

“Təxliyə prosesinə başlamaq üçün hər cür səy göstərilir. Bu gündən, məhz bu gündən etibarən bizdə bununla bağlı ehtiyatlı nikbinlik var ki, bu proses başlaya, başlanğıc qoya bilər. Və bu, bütün Rusiya vətəndaşları Qəzzanı tərk edənə qədər davam edəcək”, – Peskov bildirib.

Xatırladaq ki, oktyabrın 7-də İsrail Qəzza sektorunu bombalamağa başladı. Bu, Fələstinin Həmas qruplaşmasının ölkənin cənub bölgələrinə hücumundan sonra baş verib. İsrailin hücumu zamanı 1400-ə yaxın insan həlak olub, 200-dən çoxu isə silahlılar tərəfindən girov götürülüb. Fələstin Səhiyyə Nazirliyi bildirib ki, İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr 10 800-dən çox insanın ölümünə səbəb olub. Yaralıların sayı 26 400 nəfəri ötüb.

Bu gün səhər saatlarında məlum olub ki, 85 Rusiya vətəndaşı Qəzza zolağından Misirlə sərhəddəki Rəfah keçid məntəqəsi vasitəsilə təxliyə olunmaq üçün siyahıya daxil edilib. Noyabrın əvvəlində Rusiya Xarici İşlər Nazirliyi bildirmişdi ki, Qəzza zolağından təxliyə üçün müraciət etmiş Rusiya vətəndaşları barədə məlumatı aidiyyəti olan ölkələrin hakimiyyət orqanlarına təqdim edib. KİV-in məlumatına görə, rusların Qəzza zolağından çıxarılması üçün Qahirə hava limanında iki xüsusi İl-76 təyyarəsi var.

Mənbə: mail.ru

Aynur Camal