VƏTƏNİN ÜRƏYİDİR ŞUŞA!backend

Şuşaya səfər etdiyimi eşidən hər kəs – iş yoldaşlarım, yaxınlarım, doğmalarım təbrik edir, üzümə sevinc və həsədqarışıq bir ifadə ilə baxır. Bütün bu təbriklərin, xoş sözlərin arxasında Şuşaya olan böyük məhəbbəti hiss etməmək imkansızdır. Hər bir qarışında igidlərimizin qanı çilənmiş bu şəhər qəlbimizin ən uca yerindədir. Şuşanı Qarabağı görmək mənim uşaqlıqdan bəri ən böyük arzum idi . Və bir gün mənə “Şuşaya gedirsən” deyiləndə sevincimdən nitqim tutuldu, təşəkkür  belə edə bilmədim. İndi mən qanları ilə keçdikləri hər qarış torpağını müqəddəsləşdirdikləri Zəfər yolundan keçib Şuşaya tələsirəm… Hələ qabaqda Füzuli yolu var… İlk qarşılaşdığımız ordumuzun ilk döyüş meydanı, Füzulinin Qaraxanbəyli kəndi olur. Adam dəhşətə gəlir. Təkcə evləri yandırmayıblar, dağıtmayıblar, həm də dağıtdıqları evlərin daşını, divarlarını da güllələyiblər… Hər yerdə öz murdar izlərini qoyublar.  Tikməyiblər, qurmayıblar, yaratmayıblar… Torpağımızı da heç  sevməyiblər. Həm də bu torpaqlara sahib ola bilməyəcəklərini əvvəlcədən özləri də anlayıblar. Yoxsa tutduqları, işğal etdikləri ərazilərdə  tikililəri saxlayardılar. Bircə dənə də olsun kənd salardılar, bir ev tikərdilər…

Yolda kilometrlər azaldıqca, həyəcanımda bir o qədər artırdı. Gözüm yolun kənarındakı binanın üstünə yazılmış yazıya sataşır. “Şəhid  Səid Rəşidzadə, qısasın alındı”. Bilirsiz, Səid Rəşidzadə 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Səid Rəşidzadə 2016-cı ilin aprel döyüşlərində  Polad Həşimovla çiyin-çiyinə savaşıb. Səid Rəşidzadə bir neçə il əvvəl Azərbaycan Ordusundan tərxis olunsa da, Tovuz döyüşləri zamanı Polad Həşimovun şəhid olması ona çox pis təsir edib. Könüllü olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərə yollanıb. Səid Rəşidzadə Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Səid Rəşidzadə oktyabrın 11-də Hadrut qəsəbəsində Azərbaycan bayrağını sancan zaman şəhid olub. Füzuli rayonunda dəfn olunub. Səid Rəşidzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilb.

Dağları və dərələri aşdıqca bir-birindən gözəl mənzərələr bizi qarşılayırdı. Yollar gətirib bizi çıxarır Daşaltı kəndinə. Yadınızdadırmı necə dəhşət yaşamışdı həmin kənd. 1991- ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmağına baxmayarq 1992 – ci il 25-26 yanvar tarxində Silahlı Qüvvəllərimiz Daşaltını işğaldan azad etmək üçün əməliyyat keçirir. 25 yanvar gecəsi Azərbaycan əsgəri şaxta

İçində, sazaq içində, xəyanəti də dizləyə-dizləyə irəliləmişdi. Bunların hər birinə baxmayaraq Daşaltı əməliyyatı məğlubiyyətlə nəticələnmişdi. Bu əməliyyat zaman 90 nəfər vətənpərvər oğlumuz şəhid olur, neçəsinin, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun taleyi indiyəcən bəlli deyil..

Və budur biz artıq Şuşadayıq..

Hər addımında, Şuşanın deyil, tarixin tozlu səhifələrinə qədəm basırsan. Hər addım başında müharibənin nəfəsini hiss edirsən burada. Hər evdə, hər binada güllə izləri , o güllə izləri qədər də divar yazıları. Küçələri gəzdikcə divar yazıları danışır bizimlə. Hərəsində bir hiss, bir duyğu, bir hekayə. Kimiləri yurduna salam göndərib, kimiləri adını daşlara həkk edib…Burada hər şey, ən incə detal belə mənə maraqlı gəlirdi. Görülən işlər, nəhəng texnikaların hərəkəti, qısa müddətə tikilib istifadəyə verilmiş mahmanxanalar, bir sözlə, dövlətimizn gücünü, qüdrətini göstərən hər şey.

Bilmirəm yolboyu Qulu Ağsəsin bu misraları niyə  mənimlə birgə idi. Hisslərimi, duyğularımı Q.Ağsəsin misraları tutmuşdu…

“Xoş gördük, əyil qulağına söz deyim, Şuşam: nə vaxtdı, yad səslərdən yağır qulağına… mən pambıq götürüm,  sənsə çöp götür,  enək İsa bulağına təmizləyək nisgilin, 28 bəlaya gəlmiş ilin! …Bir də xoş gördük, əyil qulağına söz deyim, Şuşam:   darıxmışam!..”

Şuşanın gözəlliyini sözlə ifadə etmək olduqca çətindir. Bilmirdim hansı sözlə, vəsf edim bu şəhəri?! Əsrarəngiz təbiəti, dumanlı dağları, Cıdır Düzüsü, Topxana meşəsi, İsa bulağı.. Elə bu görkəmiylə Şuşam yenidən qurulur, yenidən dirçəlir… Şuşam yenidən boy verir… Qürurumuzun fateh yeri Şuşa!

Hər tərəfdə üç rəngli bayrağımız parlayır. Göy üzü o qədər aydın idi ki, günəş də Şuşaya baxıb gülümsəyirdi.

Gələn görüşlərədək Doğma Şuşam!

Azərbaycan Respublikasının Prezidentinin Adminstrasiyasına, hörmətli Fəxriyyə xanım Xələfovaya və Sahibkar Qadınlar İB – nin sədri Zenfira Ağayevaya səfərin təşkili üçün dərin minnətdarlığımı bildirirəm.

Müəllif:Əzizə İsgəndərova -ictimai-siyasi fəal