Ağdaşda 10 gün əvvəl yeniyetmə oğlu tərəfindən bıçaqlanan 42 yaşlı qadın vəfat edib. “Qafqazinfo”nun məlumatına görə, ağır vəziyyətdə Bakıda xəstəxanaya yerləşdirilən S.H.-nin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hadisə dövlət qurumlarından birinin şöbə rəisi vəzifəsində işləyən və yüksək rütbə daşıyan N.H.-nin ailəsində baş verib.
Hadisəni törədən oğlan vəzifəli şəxsin oğlu, bıçaqlanan qadın isə onun həyat yoldaşıdır. Yeniyetmə istintaqa cəlb edilib.