“Vəziyyət günü-gündən mürəkkəbləşir” – Rus əsgərləri “Azovstal”ı ələ keçirmək üçün… facebook twitter whatsappbackend

Rus əsgərləri “Azovstal”ı ələ keçirmək cəhdlərini dayandırmır, mayın 13-də səhər saatlarında ruslar zavodun ərazisinə soxulmağa çalışırlar.

Bu barədə Mariupol merinin müşaviri Petr Andryuşşenko yazır.

Mariupol merinin müşaviri bildirib ki, “Azovstal”dakı ruslar zavodun ortasına keçməyə çalışırlar. O, rus əsgərlərinin zavodun ətrafında necə gəzdiyini göstərən müvafiq fotonu dərc edib.

“Demək olar ki, canlı efirdə. Vəziyyət günü-gündən mürəkkəbləşir”, – o yazıb.