VIII Qlobal Bakı Forumu çərçivəsində növbəti panel müzakirələrinə başlanıldıbackend

“COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu çərçivəsində növbəti panel müzakirələrinə başlanılıb.

“Yeni Gündəm”-in məlumatına görə, bu gün keçirilən panellərdə “İqlim dəyişikliyinə qarşı mübarizə və qlobal enerji ehtiyaclarını qarşılamaq: hər ikisini necə edə bilərik?”, “İctimai Sağlamlıq və Peyvəndlənmə”. “Qida və Qida Təhlükəsizliyinin Təşviqi”, “Gənclik danışır, biz dinləyirik” mövzularına həsr edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər.