Vilayət Eyvazov polis rəisini təqaüdə göndərdibackend

Tovuz Rayon Polis Şöbəsinin rəisi işdən azad edilib.

“Yeni Gündəm”-in APA-ya istinadən xəbərinə görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Tovuz Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Şirzad Əsgərov xidmətdə son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Hazırda onun yerinə təyinat yoxdur.

Polis Şöbəsi rəis vəzifəsinin icrası müvəqqəti olaraq polis polkovnik-leytnanatı Şahlar Cəfərova həvalə edilib.