Vilayət Eyvazov sabiq səfirin qardaşına yüksək vəzifə verdibackend

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov sabiq səfirin qardaşına yüksək vəzifə verib.

“Yeni Gündəm”-in məlumatına görə, Nəsimi Məzi oğlu Şikarov bir müddət əvvəl Daxili İşlər Nazirliyinin Azərbaycanın Qazaxıstandakı səfirliyi yanında nümayəndəsi vəzifəsindən geri çağrılıb.

Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovniki Nəsimi Şikarov DİN-in Baş Cinayət Axtarışı İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Nəsimi Şikarov məşhur diplomat, Azərbaycanın BƏƏ, Pakistan və Əfqanıstandakı keçmiş səfiri Daşqın Şikarovun qardaşıdır.

Qaynarinfo