Vilayət Eyvazov tanınmış aparıcıya vəzifə verdibackend

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tanınmış jurnalistə vəzifə verib.

“Yen Gündəm”-in məlumatına görə, V.Eyvazovun əmri ilə aparıcı Nurlan Əliyevə polis leytenantı rütbəsi verilib.

O, Daxili İşlər Nazirliyində vəzifəyə təyin olunub.

Qeyd edək ki, Nurlan Əliyev uzun müddətdir, Azad Azərbaycan Televiziyasında (ATV), həmçinin, “Space” Televiziyasında müxbir və aparıcı vəzifələrində çalışıb.

 

Nurlan Əliyev