Vilayət Eyvazov yeni polis rəisi təyin etdibackend

Gəncə Beynəlxalq Hava Limanında Xətt Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat olub.

“Yeni Gündəm” xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə bu vəzifəyə polis polkovnik-leytenantı İrza Nağıyev təyin edilib.

Qeyd edək ki, ötən ay Gəncə Beynəlxalq Hava Limanında Xətt Polis Şöbəsinin rəisi, polis kapitanı İlqar Süleymanov öz ərizəsi ilə işdən azad olunmuşdu.

İ.Nağıyev bu təyinata qədər Gəncə şəhər Nizami rayon Pİ-nin xidmət üzrə rəis müavini idi.