Vilayət Eyvazovdan kütləvi ixtisarbackend

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin rəisi, polkovnik-leytenant Elşən Tağıyev və bir neçə əməkdaşı işdən çıxarılıb.

“Yeni Gündəm”-in məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, bölmənin rəis müavini, polis mayoru Ramin Səfərov, əməliyyatçılar Seymur Əliyev, Pərviz Məmmədzadə və Elvin Qafarov işdən çıxarılıb.Unikal