Virtual dərs keçməyən müəllimləri cəza gözləyirmi? – AÇIQLAMAbackend

Virtual dərslərə ciddi nəzarət olunacaq.

“Yeni Gündəm” xəbər verir ki, bunu “Təhsil TV”nin efirində çıxış edən Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu deyib.

O bildirib ki, ümumiyyətlə, keçiriləcək bütün virtual dərslərin məktəb rəhbərliyi tərəfindən nəzarətinin təşkili nəzərdə tutulub.