“Virus 2023-cü ilə qədər davam edəcək və dünya əhalisinin 35 faizi öləcək…” – ŞOK AÇIQLAMAbackend

“İndi virusun ikinci dalğası davam edir və yoluxma həddən artıq çoxdur. Ona görə insanlarımız maksimum qaydalara riayət etməlidir ki, bundan minimum itkiylə çıxaq”

Bunu Tibb Universitetinin dosenti Rəşid Mahmudov bildirib. R.Mahmudov insanların tələb olunan qaydalara riayət etməsinin vacib olduğunu deyib:

“Koronavirus dünyanı idarə edən dövlətlərin yaratdığı süni virusdur. İngiltərənin kraliçası Yelizaveta da bu haqda çıxış etmişdi və bildirmişdi ki, pandemiyanın 5 dalğası olacaq və virus 2023-cü ilə qədər davam edəcək. Burda isə təxminən dünya əhalisinin 35 faizi öləcək. İndi virusun ikinci dalğası davam edir və yoluxma həddən artıq çoxdur. Ona görə insanlarımız maksimum qaydalara riayət etməlidir ki, bundan minimum itkiylə çıxaq. Burda insanlarımızdan üç şey tələb olunur: maska taxmaq, məsafə saxlamaq və bir də gigiyenik qaydalara riayət etmək. Düşünürəm ki, buna əməl etmək heç də çətin deyil, hər şey özümüzdən asılıdır. Kimisə dünya qədər istədiyini demək üçün gərək qucaqlayasan, dilin var, bu cür desən olmazmı? Əlbəttə, insanlarımız elə şərait yaratmalıdır ki, ötən dəfəki kimi saatla icazə tətbiq edilməsin, çünki onda çox çətin olacaq. Deyilən qaydalara riayət etsək, nəticə istədiyimiz kimi olacaq”.

Qeyd edək ki, ölkədə karantin rejiminin müddəti dekabrın 28-dək uzadılıb.Moderator